Xəbər verildiyi kimi prezident İlham Əliyev Azərbaycanın üç ölkədəki səfirliyinə yeni təyinatla bağlı sərəncam verib. Bünyad Səməd oğlu Hüseynovu Azərbaycanın Çin Xalq Respublikasında, Nəsir Natiq oğlu Məmmədovu İraq Respublikasında, Qismət Füzuli oğlu Gözəlovu isə Türkmənistanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin edib.
Üç ölkəyə Azərbaycandan yeni təyin olunan səfirlər kimdir?
Bizim.Media həmin şəxslərin dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Çinə yeni səfir TƏYİN ETDİ
Çinə təyin olunan Bünyad Səməd oğlu Hüseynov bundan əvvəl Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi çalışıb. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsini icra edib.
Qismət Füzuli oğlu Gözəlov daha əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibinin müavini vəzifəsində çalışıb.
Nəsir Natiq oğlu Məmmədov isə Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili kimi çalışıb.
Alçina Amilqızı, Bizim.Media