Azərbaycan XİN-dən Ballıqaya qətliamı ilə bağlı PAYLAŞIM – FOTO  

Azərbaycan XİN-dən Ballıqaya qətliamı ilə bağlı PAYLAŞIM – FOTO  

Hazırda oxunan: Azərbaycan XİN-dən Ballıqaya qətliamı ilə bağlı PAYLAŞIM – FOTO  

152622

Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım edib. 

Bizim.Media xəbər verir ki, nazirliyin "X" (tvitter) hesabında edilən paylaşımda deyilir: 

"31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var", - paylaşımda qeyd olunub. 
Xatırladaq ki, 1992-ci ilin avqust ayında Goranboy rayonunun Ballıqaya kəndində erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı və amansız cinayət – Ballıqaya qətliamı törədilib. 

Qətliam 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş verib.

Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO