İlham Əliyev: “Ukrayna xalqına bundan sonra da lazımi yardım göstərməyə hazırıq”

İlham Əliyev: “Ukrayna xalqına bundan sonra da lazımi yardım göstərməyə hazırıq”

Hazırda oxunan: İlham Əliyev: “Ukrayna xalqına bundan sonra da lazımi yardım göstərməyə hazırıq”

152148

“Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın tarixən təşəkkül tapmış sıx dostluq və qarşılıqlı hörmət ənənələrindən irəli gəlir. Bu iradədən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrimizin birgə səylərimizlə dinamik inkişaf edərək yeni mərhələyə yüksəlməsi məmnunluq doğurur.

Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Volodimir Zelenskiyə təbrik məktubunda öz əksini tapıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Volodimir Zelenskini TƏBRİK ETDİ 


Məktubda Volodimir Zelenskiyə və bütün Ukrayna xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdıran dövlət başçısı deyib: 

“Cari ilin iyununda Kişineuda Sizinlə görüşümüzü, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələri ətrafında apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram”. 

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir.

“Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk”, - deyə Azərbaycan Prezidenti əlavə edib. 

Dövlət başçısı bildirib ki, hər iki xalqın mənafeyinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi yolunda birgə səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.  Volodimir Zelenskiyə ən xoş arzularını çatdıran dövlət başçısı dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyib. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO