Ağdam-Xankəndi yolu ilə alacaqları xidmətə görə ermənilər ödənişi necə edəcəklər? – Tofiq Zülfüqarov AÇIQLADI

Ağdam-Xankəndi yolu ilə alacaqları xidmətə görə ermənilər ödənişi necə edəcəklər? – Tofiq Zülfüqarov AÇIQLADI

Hazırda oxunan: Ağdam-Xankəndi yolu ilə alacaqları xidmətə görə ermənilər ödənişi necə edəcəklər? – Tofiq Zülfüqarov AÇIQLADI

152141

Arayik Arutyunyan Ağdam-Xankəndi yolunun açılacağını bildirib. Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yazıb. 

Nəşr bildirir ki, Arayık vurğulayıb ki, bu yolla tikinti materialları, dizel yanacağı, dərmanlar gətiriləcək, ərzaq isə Rusiya sülhməramlıları vasitəsilə "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçəcək. Növbəti mərhələdə qaz və elektrik təchizatı məsələsi də müzakirə ediləcək: "Bu da Azərbaycan tərəfindən həyata keçiriləcək".

Bəs, belə vəziyyətdə proses necə tənzimlənəcək? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Qarabağ erməniləri Ağdam-Xankəndi yolu ilə alacağı mal və məhsula görə hesabı manatla ödəyəcəklər:
 

MÖVZU İLƏ BAĞLI:

Arutyunyan elan etdi: Ağdam-Xankəndi yolu açılır, qaz və elektriki Azərbaycan verəcək


“Sözsüz ki, ölkə daxilində istənilən əməliyyatlar manatla həyata keçiriləcək. Bu mənada Qarabağ ermənilərinin manatı necə əldə edəcəklərinin mexanizmləri də müəyyən olunacaq.

Bu normal prosesdir və burada bir problem görmürəm. Əslində məsələ ondan ibarətdir ki, Azərbaycan öz siyasi iradəsinə uyğun olaraq bu vəziyyəti yaradır və inteqrasiya prosesini davam etdirir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO