BQXK-nın Bakı ofisi suallara həm cavab verir, həm də “yox”

BQXK-nın Bakı ofisi suallara həm cavab verir, həm də “yox”

Hazırda oxunan: BQXK-nın Bakı ofisi suallara həm cavab verir, həm də “yox”

152110

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndi ofisi İrəvan ofisinə tabe deyil”. 

Bizim.Media xəbər verir ki, bunu report-a açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. 

Onun sözlərinə görə, BQXK-nin fəaliyyətləri onun daxili məsələsidir:

"Biz bütün əməliyyatları qərar verənlərlə ikitərəfli müzakirələr nəticəsində həyata keçiririk. Bu o deməkdir ki, əvvəlcədən əlaqədar qurumları məlumatlandırır və razılıq əldə edəndən sonra addımlar atırıq”. 

İ.Hüseynova BQXK-nin Xankəndi ofisinin fəaliyyətinə logistik dəstəyin Azərbaycan ərazisi vasitəsilə həyata keçirilməsinin mümkün olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirməkdən imtina edib.

O bildirib ki, BQXK-nin daxili məsələsi ictimai müzakirə üçün açıq deyil: 

“Bu, sırf daxili struktur məsələsidir. BQXK-nin qərargahı Cenevrədədir və bütün ofislər bir mərkəzdən idarə olunur. Belə bir şey yoxdur ki, BQXK Azərbaycanda ayrı qurumdur, Rusiyada ayrı. Bunlar sadəcə bir qurumun başqa yerlərdə olan ofisləridir”. 

O, humanitar təşkilat olan BQXK-nin itkin düşmüş 4 minə yaxın azərbaycanlının sonrakı taleyinin müəyyənləşdirilməsi istiqamətində atdığı addımlarla bağlı isə vurğulayıb ki, təşkilat qərar verən qurum deyil, ancaq qərarı verən əlaqədar qurumlara dəstək göstərə bilir: 

“İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində Azərbaycanda aparıcı qurum Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıdır. BQXK komissiya yaranandan bəri mütəmadi olaraq onunla birgə fəaliyyət göstərir. Ümumilikdə isə BQXK regiona 1992-ci ildə gəlib.

Qurumumuz itkin düşmüş şəxslərlə bağlı ötən dövr ərzində bir çox işlər görüb. BQXK xüsusilə ailələrinin müraciəti əsasında itkin düşmüş şəxslərin qeydiyyatını aparıb. Bundan başqa, itkin düşmüş şəxslərin ailələrindən ətraflı məlumatlar toplanılıb.

Bunlar sorğu formatında olan məlumatlar idi. Onu da qeyd edim ki, həmin məlumatların toplanmasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də iştirakı olub. Toplanılan bütün məlumat sonda komissiyaya təhvil verilib.
BQXK-nin həyata keçirdiyi bir digər proses də bioloji nümunələrin toplanması olub. BQXQ Dövlət Komissiyasına dəstək olaraq itkin düşmüş şəxslərin ailə üzvlərindən 10 mindən çox bioloji nümunə toplayıb, proses keçən il bitib və onlar da Komissiyaya təhvil verilib.

Dövlət qurumları da həmin bioloji nümunələrin əsasında DNT profili çıxarıblar. Bunlara əlavə olaraq itkin düşmüş şəxslərin ailə üzləri ilə əlaqə saxlanılır.

Ancaq bunu mütəmadi olaraq birbaşa etmirik, yəni onlarla şəxsən bir-bir özümüz əlaqə qurmuruq. Bunun üçün “Müşayiətçilər” deyilən bir şəbəkə yaratmışıq, onlar özləri də itkin düşmüş şəxslərin ailə üzvləridirlər. Həmin şəbəkə vasitəsilə əlaqə yaradırıq. Biz isə həmin şəbəkəyə təlimlər keçirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO