Separatizmdən azad olmaq növbəsi Moldovanındır... – EKSPERT

Separatizmdən azad olmaq növbəsi Moldovanındır... – EKSPERT

Hazırda oxunan: Separatizmdən azad olmaq növbəsi Moldovanındır... – EKSPERT

1521

“Azərbaycanın təcavüzə qarşı mübarizədə yaratdığı uğurlu presedentdən Moldova, Ukrayna və Gürcüstan da yararlana bilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında siyasi icmalçı Qulu Məhərrəmli deyib.

Həmsöhbətimiz hesab edir ki, amma bunun reallaşması həmin ölkələr üçün də müəyyən geosiyasi şəraitin yaranmasından asılıdır, separatizmdən xilas olmaq yolunda ölkəmizin yaratdığı presedenti təkrarlamaq üçün adıçəkilən ölkələr prosesə tam hazırlıqlı olmalıdır:

“Torpaq itkisinə məruz qalan həmin dövlətlərin burada sözügedən şəraitə nə qədər hazırlıqlı olmaları da vacib elementdir. Azərbaycan uzun illər problemin danışıqlar yolu ilə həlli variantına üstünlük verdi. Amma məlum oldu ki, danışıqlar yolu ilə problemin həlli mümkün deyil”.

Q. Məhərrəmli düşünür ki, MDB məkanında Azərbaycanın yaratdığı presedentdən ilk olaraq Moldova yararlanacaq:

“Düşünürəm ki, MDB məkanı ölkələri arasında Azərbaycanın yaratdığı presedenti təkrarlayacaq ilk ölkə Moldova olacaq. Çünki, buradakı hazırkı vəziyyət onu deməyə əsas verir ki, Kişinyovun dediyimiz presedentdən yararlanması imkanları Kiyev və Tiflislə müqaayisədə daha yüksəkdir”.

Qulu Məhərrəmli hesab edir ki, bunun ardınca digər düyünlər də açılmağa başlayacaq:

“Daha sonra Ukrayna bu presedenti təkrarlaya bilər. Gürcüstanda isə vəziyyət bir qədər fərqlidir. Orada Azərbaycanın hərbi təcrübəsindən yararlanmaq üçün şərait hələ yetişməyib. Amma görürük ki, Tiflis də ağıllı strateji bir xətt seçib və bu xəttin nə vaxtsa nəticə verəcəyinə əminəm”.

Elçin, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO