Şavkat Mirziyoyev Füzuli məktəbində təhsil alacaq şagirdləri ildə iki dəfə Özbəkistana səfərə DƏVƏT EDİB 

Şavkat Mirziyoyev Füzuli məktəbində təhsil alacaq şagirdləri ildə iki dəfə Özbəkistana səfərə DƏVƏT EDİB 

Hazırda oxunan: Şavkat Mirziyoyev Füzuli məktəbində təhsil alacaq şagirdləri ildə iki dəfə Özbəkistana səfərə DƏVƏT EDİB 

152074

“Bizim böyük Qarabağda əsrlər boyu davam edən birliyimiz var. Babamız Əmir Teymurdan başlayan münasibətlərimiz indi də çox yaxşıdır. Qardaşımın Qələbəsindən sonra iki xalqın böyüklüyü, gələcəkdə də bir-biri ilə dostluğunu davam etdirməsi üçün bir məktəb tikdirmək arzusunda idim. Bu gün arzum gerçəkləşdi. Mən sizləri qayıdışınız və Qələbəniz münasibətilə təbrik edirəm. Sizlərin gələcək həyatınızın firavanlığı üçün qardaşım İlham Heydər oğlu Azərbaycanın dünya birliyində ildən-ilə nüfuzunu artırır”. 

Bizim.Media xəbər verir ki, bunu avqustun 23-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Şavkat Mirziyoyevlə Şuşaya GETDİ 


Özbəkistan lideri özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi səmimi dostluğumuzun gələcəyinə abidə kimi qiymətləndirib:

"Bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desəm, doğru olardı. Fürsətdən istifadə edərək, bu məktəbdə təhsil alan uşaqlarımızı ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət etdim. Qardaşımdan bir daha xahiş edirəm, uşaqlar valideynləri ilə gəlsələr, daha çox məmnun olaram". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO