İlham Əliyev məktəb tikintisinə görə Füzuli sakinləri adından Özbəkistan Prezidentinə təşəkkür edib

İlham Əliyev məktəb tikintisinə görə Füzuli sakinləri adından Özbəkistan Prezidentinə təşəkkür edib

Hazırda oxunan: İlham Əliyev məktəb tikintisinə görə Füzuli sakinləri adından Özbəkistan Prezidentinə təşəkkür edib

152069

Prezident İlham Əliyev məktəb tikintisinə görə Füzuli sakinləri adından Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşü zamanı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Şavkat Mirziyoyevlə Şuşaya GETDİ 


"Mən bu gün əziz qardaşım Şavkat Miromonoviç ilə birlikdə sizinlə görüşə gəlmişəm. Bildiyiniz kimi, hörmətli Prezidentin əmri ilə Füzulidə Mirzə Uluqbəyin adını daşıyan gözəl məktəb inşa edildi.

Sizin uşaqlarınız, nəvələriniz artıq sentyabrın 15-dən başlayaraq bu məktəbdə oxuyacaqlar. Bu gözəl hədiyyəyə görə sizin adınızdan əziz qardaşıma bir daha təşəkkür edirəm. Sizi bir daha ürəkdən təbrik edirəm. Burada rahat, xoşbəxt yaşayın!", - dövlət başçısı vurğulayıb. 

Qeyd edək ki, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO