Ermənistan tərəfi BMT-nin son iclasında öz gücünü və resurslarını maksimum səfərbər etsə də, nəticə İrəvanın gözləntilərinə doğrultmadı.
Bizim.Media xəbər verir ki, bu fikirlər “Caliber”in “YouTube” kanalında yayımlanan yeni BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixli növbədənkənar iclasının nəticələrinə həsr edilən süjetində səsləndirilib.
“BMT-nin Təhlükəsizlik Şurasınında öz ölkələrini təmsil edən deputatlar öz hazırladıqları çıxışların mətnini oxuyub dağılışdılar. Qısası, ümidlər özünü doğrultmadı və yerdəki vəziyyət dəyişmədi. Məsələnin isə mahiyyətinə dərk edilmədikcə, heç nə dəyişməyəcək. Məsələnin mahiyyəti sadədir: Laçın və Xankəndi yolunun humanitar konteksti mövcud deyil. Bu yolların konteksti, yalnız siyasidir”, - deyə müəllif qeyd edib.
Daha ətraflı videomaterialda:
Bizim.Media