Xəbər verdiyimiz kimi Qarabağda yaşayan, lakin Rusiya pasportu daşıyan 60-dan çox erməni bu gün Laçındakı postdan keçərək Azərbaycanı tərk edib. Videodan görünür ki, ermənilər Xankəndini ailəlikcə tərk edirlər.
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Millət vəkili Fazil Mustafa bildirdi ki, əslində normal şərtlərdə ermənilərin tək yolu qalıb ki, Azərbaycan vətəndaşlığını qəbul eləsinlər:
MÖVZU İLƏ BAĞLI:
60 erməni “Laçın” məntəqəsindən keçərək Qarabağı tərk etdi - ANBAAN VİDEO
“Yalnız bundan sonra ermənilər təhsil, mədəniyyət və başqa məsələlərlə bağlı təkliflərini səsləndirə bilərlər.
Təbii ki, Azərbaycan müəyyən məsələləri müakirə edə bilər. Ona görə də bəzi ermənilər düşünür ki, əgər bu yolu izləmiriksə və Azərbaycanla reinteqrasiya prosesinə qoşulmuruqsa onda Azərbaycanı tərk eləmək daha məqsədə uyğundur. Ona görə də ermənilərin bu köçündə təəccüblü və narahatedici heç nə yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media