Martın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının ilk iclası keçirilib.
Bu barədə Bizim.Media-ya partiyanın Mətbuat xidmətindən məlumat verilib.
YAP Veteranlar Şurasının ilk iclası keçirildi
İclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VII qurultaydakı çıxışından irəli gələn vəzifələrdən bəhs edib, bu vəzifələrin layiqincə icra edilməsində Veteranlar Şurasının üzvlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
YAP-da yeni təyinatlar - Millət vəkillərinə vəzifə verildi
YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov YAP Veteranlar Şurasının Əsasnaməsinin yaradılmasının, partiyanın yeni Proqramına dair təklif və tövsiyələrin işlənib hazırlanmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
İclasda YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, bu qurumun əsas vəzifələrindən biri yaşlı nəsil ilə gənclər arasında əlaqələrin gücləndirilməsidir:
İclasda daha sonra YAP Veteranlar Şurasının Əsasnaməsinin hazırlanması əlaqədar işçi qrupun yaradılması haqqında qərar qəbul olunub. Həmçinin, Yeni Azərbaycan Partiyasının yeni Proqramının hazırlanmasında təklif və tövsiyələrin irəli sürülməsi, eləcə də Veteranlar Şurasının iş planının hazırlanması ilə əlaqədar təkliflər müzakirə olunub.
Veteranlar Şurasının üzvlərindən Xeyrəddin Qoca, Südeyif İmamverdiyev, Misir Mərdanov, Şahlar Əsgərov, Tahir Məmmədov, Əli Həsənov və Ədilə Abbasova cıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
Bizim.Media