Bayden İlham Əliyevə məktub yazdı -

Bayden İlham Əliyevə məktub yazdı - "Azərbaycanla birgə çalışacağıq"

Hazırda oxunan: Bayden İlham Əliyevə məktub yazdı - "Azərbaycanla birgə çalışacağıq"

15137

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Bizim.Media-nən xəbərinə görə, məktubda deyilir:

Hörmətli cənab Prezident.

Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzu edirəm. Bu yenilənmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir.

Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır.

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq.

Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır.

Yeni ilin və yeni baharın gəlişi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO