Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi ATƏŞƏ TUTDU 

Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi ATƏŞƏ TUTDU 

Hazırda oxunan: Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi ATƏŞƏ TUTDU 

151368

Avqustun 18-i saat 10:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. 

Bundan başqa, saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO