Uzun illər BMT-nin qətnamələrini icra etməyən İrəvan indi həmin qurumdan imdad diləyir - Komitə sədri

Uzun illər BMT-nin qətnamələrini icra etməyən İrəvan indi həmin qurumdan imdad diləyir - Komitə sədri

Hazırda oxunan: Uzun illər BMT-nin qətnamələrini icra etməyən İrəvan indi həmin qurumdan imdad diləyir - Komitə sədri

151320

“BMT TŞ-nin dünən keçirilən iclası və buradakı müzakirələr erməni yalanları və ikiüzlüyünün ifşasının kulminasiya nöqtəsi oldu”. 

Bizim.Media-ya açıqlamasında bunu Milli Məclisin Komitə sədri Tahir Mirkişili BMT TŞ-də dünən keçirilən toplantısında erməni yalanlarının növbəti dəfə iflasa uğramasını şərh edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

BMT-də ermənilərin “aclıq” iddiaları fotolarla susduruldu - FOTO/VİDEO


O bildirib ki, Son zamanlar İrəvan, erməni diasporu və başda Fransa olmaqla onları dəstəkləyən bəzi ölkələr heç bir məntiqə sığmayan, beynəlxalq hüquq normalarına zidd bəyanatlar səsləndirməklə Azərbaycanı dünya miqyasında siyasi təzyiqlə üz-üzə qoymağa çalışır:

“Səbəb olaraq da onu göstərirlər ki, guya Azərbaycan Qarabağın erməni icmasını blokadada saxlayır, buradakı ermənilər guya aclıqdan ölür. Digər tərəfdən, Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını  dəfələrlə bəyan edib. Bu fikirlər həm Ermənistan baş naziri, həm də bəzi parlamentariləri tərəfindən səslənib. Baş verənlər bir daha göstərir ki, Ermənistan həmişə olduğu kimi yenə də ikiüzlü və siyasi riyakarlıqla məşğuldur. Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlət onun daxili işlərinə qarışmağa çalışmaz”. 

Komitə sədri onu da qeyd edib ki, Qarabağda yaşayan ermənilər həqiqətən də aclıqdan əziyyət çəkirsə, onda onlar üçün hansı yolun açılmasının fərqi olmamalıdır: 

“Təklif etdiyimiz Ağdam-Xankəndi yolu açıqdır. Buradan istənilən humanitar yük keçə bilər və bu yol daha qısa və təhlükəsiz yoldur. Buna baxmayaraq, ermənilərin həmin yolu betonla bağlaması onu deməyə əsas verir ki, rəsmi İrəvanın iddiaları siyasi xarakter daşıyır. Bu ərazi iddialarını maskalamaq üçün ermənilərin istifadə etdiyi üsuldur. Haqq və ədalət Azərbaycan tərəfindədir. Dünyada elə bir ölkə yoxdur ki, onun ərazisinə yoxlanılmadan daxil olmaq mümkün olsun. Bu absurd və qeyri-mümkündür”.

Tahir Mirkişili BMT TŞ-dəki dünənki müzakirənin simvolik məna daşıdığını da deyib:

“Uzun illər ərzində BMT TŞ-nı saymayan, qətnamələrini icra etmətən rəsmi İrəvan indi həmin qurumdan imdad diləyir. Ermənistan XİN rəhbərinin çıxışı da özlərini yazıq formada göstərmək üzərində qurulmuşdu. Buna baxmayaraq həmin tədbir erməni yalanlarının yüksək səviyyədə ifşası üçün Bakıya və müttəfiqlərimizə imkan yaratdı. Bakının gətirdiyi məntiqi arqument və təkliflər bütün ölkələr tərəfindən qəbul edilən və beynəlxalq hüquq normalarına uyğun bir mövqedir. Bu mövqeni tənqid etmək və inkar etmək mümükn deyil.

Çünki Azərbaycan diplomatiyası artıq beynəlxalq hüquq normalarının hansı formada təmin olunmasının mexanizmlərini kifayət qədər yaxşı bilir. Bu cəhətdən Azərbaycan BMT TŞ-nin nüfuzunun xilası istiqamətində iş görən ölkədir. Ermənsitan isə daimi olaraq BMT-nin nüfuzuna zərbə vurur. Dünənki iclas Ermənistanın yalançı və ikiüzlü diplomatiyasının mötəbər qurum olan BMT TŞ-də ifşa olunması kimi tarixə düşəcək. Azərbaycan ədalətin tərəfindədir”. 

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO