İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının illik iclası keçirilib.
Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, biznes nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən Palatanın prezidenti Aleks Kaplun qurumun ötənilki fəaliyyəti, İsrail və Azərbaycan arasında ticarət, humanitar və digər sahələrdə əlaqələrin inkişafına yönəlik tədbirləri, 2021-ci ilə dair planları barədə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
“Israel HaYom” qəzeti: Azərbaycan PA-nın rəsmi nümayəndəsi İsrailə təşəkkür edib
Azərbaycan və İsrail arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Palatanın fəaliyyətini yüksək qiymətləndirib.
Nazir azad edilmiş ərazilərimizin bərpası prosesində əməkdaşlıq, postpandemiya dövründə aparılacaq iqtisadi islahatların istiqamətləri barədə fikirlərini bölüşüb.
İclasda qeyd edilib ki, İsrail şirkətləri informasiya texnologiyaları, kənd təsərrüfatı, su sektorunun idarəedilməsi və səhiyyə sahələrinə böyük maraq göstərir. Bu sahələrdə əməkdaşlıq üçün böyük potensial olduğu və fəal dialoq aparıldığı vurğulanıb.
Sonra İsrail Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixail Lotem “İsrail-Azərbaycan iqtisadi münasibətləri və postpandemiya dövründə yeni imkanlar” mövzusunda təqdimatla çıxış edib.
Bizim.Media