Aslan Rubayev: “Ermənistan çox güclü məğlubiyyət yaşadı”

Aslan Rubayev: “Ermənistan çox güclü məğlubiyyət yaşadı”

Hazırda oxunan: Aslan Rubayev: “Ermənistan çox güclü məğlubiyyət yaşadı”

151222

“Ötən gün BMT-də keçirilən sammitə qiymət verməyə gəldikdə, deyə bilərəm ki, Azərbaycan Ermənistan üzərində diplomatik baxımdan qələbə qazandı”. 

Bu fikirləri Bizim.Media-ya BMT-də keçirilən iclası şərh edərkən Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

BMT-də ermənilərin “aclıq” iddiaları fotolarla susduruldu - FOTO/VİDEO


Fransanın Ermənistanı dəstəkləməsinə diqqət çəkən analitik, Fransanın Ermənistanı müdafiə etdiyi məqamların zəif diplomatiya olduğunu bildirib.

“Deyərdim ki, burada Azərbaycanı bir çox ölkələr kimi Rusiya belə dəstəklədi. Ermənistan tərəfini isə təkcə Fransa tutdu. Fransanın dəstəklədiyi məqamlara nəzər yetirsək görərik ki, zəif diplomatik tərəflərdən dəstək şahidi olduq. Bu baxımdan tam əminlikə deyərdim ki, bu, Ermənistan üçün çox güclü məğlubiyyət idi.

İclas həm də təsdiq etdi ki, Ermənistan üçün diplomatik yollarda daha da zəifləmə görsənir. Bu isə Ermənistanın daxilində ciddi problemlərə gətirib çıxaracaq. Həmçinin bu, gələcəkdə bir sıra münaqişələrə səbəb ola bilər.
Bir daha təkrar etmək istərdim ki, hələ ki, burada qalib ölkə Azərbaycandır. Beynəlxalq baxımdan dünya ölkələri Azərbaycanı dəstəkləyir. Buna görə də, Ermənistan hazırda zəif mövqedədir”, - deyə A.Rubayev qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO