Ermənistanın BMT FİASKOSU - Tofiq Zülfüqarovun ŞƏRHİ

Ermənistanın BMT FİASKOSU - Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: Ermənistanın BMT FİASKOSU - Tofiq Zülfüqarovun ŞƏRHİ

151215

Xəbər verdiyimiz kimi ötən gün BMT Təhlükəsizlik Şurası Laçın-Xankəndi yolunun guya "bağlanmasından” sonra yaranmış "humanitar böhran”-ın müzakirəsi üçün iclas keçirib.

Müzakirələr erməni iddialarının ifşası və Azərbaycan diplomatiyasının parlaq qələbəsi ilə yekunlaşıb.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov hesab edir ki, bu Azərbaycan diplomatiyasının növbəti uğurudur:
 

MÖVZU İLƏ BAĞLI:

BMT-də ermənilərin “aclıq” iddiaları fotolarla susduruldu - FOTO/VİDEO


“Çünki, müzakirələr nəticəsiz qaldı. Qaydalara görə BMT TŞ-də baxılan məsələ ilə bağlı 3 nəticə əldə edilə bilər. Bunlar qətnamə, sədrin razılaşdırılmış bəyanatı və ya mətbuat üçün qismən razılaşdırılan hansısa bəyanatlardan biri ola bilər.

Görünən odur ki, dünən baxılan məsələ ilə bağlı bunların hələ ki, heç biri yoxdur. Ona görə də hesab edirəm ki, BMT TŞ-də aparılan müzakirə ilə əlaqədar müxtəlif ölkə nümayəndəlikləri ermənilərlə bağlı bəyanatla çıxış edəcəklər”.

Tofiq Zülfüqarov qeyd etdi ki,  səsləndirilən mövqelər rəsmi nəticə sayıla bilməz:

“Bu sadəcə olaraq, müxtəlif ölkələrin məsələyə münasibəti və ya müxtəlif səpkili rəyləri olacaq. Düzdür, ermənilər bunu nəticə kimi göstərməyə çalışacaq. Ermənilərin təbliğat imkanları hamıya bəllidir. Onları həqiqəti təhrif etmək və kimisə ona inandırmaq “bacarıqları” bəllidir.
Burda təəssüf doğuran ayrı məsələdir. Ermənilər tədbirdən öncə dövlətlərin mövqelərini yoxlamayıblar. Bu da qəribə davranışdır. Belə vəziyyət onu göstərir ki, Ermənistanın siyasi elitasında ciddi konseptual xarici siyasət yoxdur”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO