Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək

Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək" - Prezident

Hazırda oxunan: Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək" - Prezident

151206

Prezident İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident, 

Qabon Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir. 

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost Qabon xalqına əmin-amanlıq və rifah diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO