“Azərbaycan və ABŞ arasında yaşanan gərginliyin indiki mərhələsi müvəqqətidir və tezliklə sona çatacaq”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı italiyalı siyasi şərhçi, analitik Dameniko Letiza deyib.
ABŞ-ın Qarabağ məsələsinə Abxaziya, Cənubi Osetiya və Donbassdakı separatçı münaqişələrdən fərqli prizmadan yanaşmasına diqqət çəkən analitik bunu erməni diasporu ilə əlaqələndirib.
“Erməni diasporu ABŞ-da çox təsir edə bilir və xarici siyasətə şərait yaradır. Lakin Gürcüstanda və ya Ukraynada olduğu kimi, Ermənistanın təcavüzünün davam etməsi fonunda ABŞ-nin beynəlxalq humanitar hüquqa və dövlət suverenliyinə hörməti bir daha təsdiqləmək bacarığı Azərbaycan üçün də təsdiqlənəcək”, - deyə D.Letiza qeyd edib.
Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsini bağlaması qərarına Vaşinqtonun münasibətini düzgün hesab etməyən politoloq, bunun Azərbaycanın daxili işi olduğunu bildirib.
“Bu ərazidə baş verənlərə tam nəzarət olduqda yanaşma başa düşüləndir. Artıq bilirik ki, Ermənistan bu dəhlizlərdən qaçaqmalçılıq yolu ilə silah-sursat, əsgər, piyada əleyhinə minalar daşımaq, həmçinin sərhədlərdə gərginlik yaratmaq üçün istifadə edir. Ermənistan həm də sərhəddə yerləşən azərbaycanlı əhaliyə hücum etmək və ərazini həmişəlik viran etmək üçün sərhəd boyu axan çayları çirkləndirərək ekoloji terror həyata keçirir. Bunları nəzərə aldıqda hər kəs Azərbaycana açıq dəstək verməlidir”, - deyə analitik əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:20 / 16.08.2023
ABŞ və bütün ölkələr Azərbaycanın qərarlarına hörmət etməlidir - İtaliyalı analitik - ÖZƏL
Hazırda oxunan: ABŞ və bütün ölkələr Azərbaycanın qərarlarına hörmət etməlidir - İtaliyalı analitik - ÖZƏL
Hazırda oxunan: ABŞ və bütün ölkələr Azərbaycanın qərarlarına hörmət etməlidir - İtaliyalı analitik - ÖZƏL
150935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.