Azərbaycan Respublikasının Prezident İlham Əliyev Dağıstan rəhbəri Sergey Məlikova başsağlığı verib.
Bizim.Media xəbər verir ki, başsağlığında deyilir:
MÖVZU İLƏ BAĞLI:
Mahaçqala partlayışında ölənlərin sayı 27-yə çatdı - 66 yaralı var - FOTO
"Hörmətli Sergey Alimoviç,
Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.
Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm".
Bizim.Media