Qərb Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir - İqor Korotçenko

Qərb Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir - İqor Korotçenko

Hazırda oxunan: Qərb Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir - İqor Korotçenko

150891

“Qərb Ağdam-Xankəndi yolunun açılmasına ikili və mən deyərdim ki, rəzil münasibət göstərir. Məsələn Aİ-nin, Fransanın və Litvanın bəyanatlarına baxarkən bu rəzaləti aydın görmək olur. ABŞ-ın münasibəti isə hər zaman olduğu kimi ikibaşlıdır”. 

Bunu Bizim.Media-ya açıqlamasında Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

O əlavə edib ki, Qərbin bütün yanaşmalarında bir qırmızı xətt keçir:

“Qarabağda ermənilər acından ölür”. Bununla da əsas məsələ, Azərbaycanın suveren hüquqları arxa plana keçirilir, süni böhran görüntüsü yaradılır. Halbuki, erməni quldurları Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin daşınmasına məqsədli şəkildə əngəl olurlar. Ən pisi də odur ki, Qərb də Ağdam-Xankəndi dəhlizinin açılmasına maraq göstərmir. Bununla da onlar açıq şəkildə separatçıların mövqeyini müdafiə edirlər. Bu da onu göstərir ki, Qərb Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir”.

İqor Korotçenko onu da qeyd edib ki, bütün politoloqlar, siyasi şərhçilər üçün bir həqiqət aydındır ki, Qərb Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil:

“Və həmin qüvvələr bu günə qədər davamlı sülh üçün əldə olunanları görməməzlikdən gəlirlər. Ağdam-Xankəndi dəhlizinin açılmasına marağın göstərilməməsi əslində Qərbin anti-Azərbaycan siyasətinin bir parçasıdır. Bu da onu sübut edir ki, Qərb Cənubi Qafqaz məsələsində obyektiv mövqe göstərmək həvəsində deyil.

Aİ-nin, Fransanın və hətta ABŞ-ın indiki məqamda əsas hədəfi silahlı münaqişənin törədilməsinə nail olmaqdır. Beləliklə də münaqişə tərəfləri olan Azərbaycanı və Ermənsitanı bu dövlətlər özlərindən daha çox asılı vəziyyətə salmaq istəyirlər. Üstəlik, bu proseslərdə Rusiyanı sıxışdırıb regiondan çıxarmaq da hədəflərdən biridir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO