Azərbaycan XİN-dən Dağıstandakı partlayışla bağlı BAŞSAĞLIĞI 

Azərbaycan XİN-dən Dağıstandakı partlayışla bağlı BAŞSAĞLIĞI 

Hazırda oxunan: Azərbaycan XİN-dən Dağıstandakı partlayışla bağlı BAŞSAĞLIĞI 

150878

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində insan itkisi ilə nəticələnən partlayışla əlaqədar başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin “X” səhifəsində paylaşım edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Mahaçqala partlayışında ölənlərin sayı 27-yə çatdı - 66 yaralı var - FOTO


"Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və dostlarına dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib. 

Qeyd edək ki, Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 30 nəfər həyatını itirib.

Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan olunub. Hadisənin baş verdiyi Kumtorkalinski rayonunda isə fövqəladə vəziyyət rejimi tətbiq edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO