Aİ Missiyası Ermənistanın ruporuna çevrilib - Qərbi Azərbaycan İcması

Aİ Missiyası Ermənistanın ruporuna çevrilib - Qərbi Azərbaycan İcması

Hazırda oxunan: Aİ Missiyası Ermənistanın ruporuna çevrilib - Qərbi Azərbaycan İcması

150861

Avqustun 14-də Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın şərti sərhəddə silahlı qüvvə və hərbi texnika cəmləşdirməsi barədə bəyanatına reaksiya kimi olaraq tələm-tələsik, hətta az qala Ermənistan XİN-ni qabaqlayan açıqlama verib.

Qərbi Azərbaycan İcmasından Bizim.Media-ya bildirilib ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasını “görməyənlər” indi revanşist hisslərlə yaşayan Ermənistana kömək etmək üçün növbəyə düzülüblər və konkret olaraq Aİ Missiyası Ermənistanın ruporuna çevrilib.

Qərbi Azərbaycan İcması bildirir ki, Aİ missiyasının patrul apardığı, tez-tez binokla Azərbaycan tərəfə baxdığı ərazilərin əksəri deportasiyaya məruz qalmış qərbi azərbaycanlıların vaxtilə yaşadıqları və zorla qovulduqları torpaqlardır.
Aİ-nin İcmanın müraciətlərinə əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə və prinsiplərə fərqli yanaşma nümayiş etdirməsini göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO