Ermənistan ordusunun əsgəri güllə yarası alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün saat 19:50 radələrində Göyçə mahalının Yuxarı Şorca ərazisində erməni əsgər yaralanıb.
Yaralının ağır vəziyyətdə olduğu bildirilib.
Ermənistan tərəfinin iddialarına görə, erməni əsgər qarşı tərəfdən açılan atəş nəticəsində yaralanıb.
Qeyd edək ki, bu gün avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən dərhal təxirəsalınmaz tədbirlər görülüb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:19 / 15.08.2023
Ermənistan ordusunun əsgəri güllə yarası alıb
Hazırda oxunan: Ermənistan ordusunun əsgəri güllə yarası alıb
Hazırda oxunan: Ermənistan ordusunun əsgəri güllə yarası alıb
150836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.