Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi”, - bəyanatda vurğulanır.
Türkiyə hesab edir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur:
“Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də məhsulların daşınması üçün Azərbaycan tərəfindən əlverişli olan digər marşrutlar onun maksimum səy göstərdiyini göstərir.
Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadəni dəstəkləmək, eləcə də erməni əhalinin Azərbaycana reinteqrasiya prosesinə dəstək verməsidir.
Türkiyə hesab edir ki, regionda sülh və sabitliyin təmin olunması üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar səyləri dəstəklənməli, vəziyyəti gərginləşdirən hərəkətlərə yol verilməməlidir” – bəyanatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:22 / 14.08.2023
Türkiyə XİN-dən Laçın yolu ilə bağlı BƏYANAT
Hazırda oxunan: Türkiyə XİN-dən Laçın yolu ilə bağlı BƏYANAT
Hazırda oxunan: Türkiyə XİN-dən Laçın yolu ilə bağlı BƏYANAT
150791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.