İşxan Verdyan: “Ermənistandakı şouların məqsədi Paşinyanı devirməkdir” – ÖZƏL 

İşxan Verdyan: “Ermənistandakı şouların məqsədi Paşinyanı devirməkdir” – ÖZƏL 

Hazırda oxunan: İşxan Verdyan: “Ermənistandakı şouların məqsədi Paşinyanı devirməkdir” – ÖZƏL 

150744

“Mənim fikrimcə, hazırda Ermənistanda baş nazir Paşinyanı devirmək məqsədilə əhaliyə qarşı genişmiqyaslı psixoloji təxribat aparılır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış erməni fəal, bloqer İşxan Verdyan deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni bloger: "Qarabağ Azərbaycandır! Bununla razılaşın və hər şey yaxşı olacaq"


Laçın sərhəd-keçid məntəqəsi yaxınlığında Ermənistanın yaratdığı humanitar şouya münasibət bildirən Verdyan, əsas məqsədin erməni sakinlər arasında çaşqınlıq yaradılmasına yönəldiyini bildirib.

“Cəmiyyət maksimum dərəcədə sabitliyi pozur və yönünü itirir. Bunun nəticəsində insanlar ətrafdakı hadisələri düzgün qiymətləndirmək və düzgün seçim etmək imkanından məhrum olurlar. Bu gün şahidi olduğumuz bütün dəliliklər daxili auditoriyaya yönəlib. Demək olar ki, bu çılğınlığın təşkilatçıları özləri də yaxşı bilirlər ki, bəyan etdikləri şüarlar tamamilə cəfəngiyyatdır və Azərbaycana hansısa yolla təsir göstərə bilməyəcəklər”, - deyə Verdyan qeyd edib. 

Məqsədlərinin Aərbaycana qarşı və ya hüquqlarının qorumaq olmadığını deyən erməni bloger əsas hədəfin revanşistlər tərəfindən Paşinyanın devrilməsi olduğunu qeyd edib:

“Onlar Azərbaycanı geri çəkilməyə məcbur edə bilməyəcəklər. Amma bu onlara lazım deyil, məqsədləri tamam başqadır, Ermənistanın daxilində xaos yaratmağa çalışırlar ki, bu gün Nikol Paşinyanı dəstəkləyənlər sabah onu devirsinlər. Əks təqdirdə elə mənzərə formalaşdırmağa çalışırlar ki, düşmənləri belə Paşinyanı devirsə, xalq sakitcə izləsin, müdaxilə etməsin”, - deyə Verdyan əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO