Ərəblər də İrana qarşı – ABŞ Yaxın Şərqi yenidən qarışdırır

Ərəblər də İrana qarşı – ABŞ Yaxın Şərqi yenidən qarışdırır

Hazırda oxunan: Ərəblər də İrana qarşı – ABŞ Yaxın Şərqi yenidən qarışdırır

15044

“İranla İsrail arasındakı gərginlik vaxtaşırı pik həddə yüksəlir, daha sonra bir az səngiyir. Bu uzun illərdir ki, belə davam edir. İran rəsmiləri dəfələrlə İsraili hədələyərək bildiriblər ki, onları yer üzündən silmək niyyətindədirlər. İran rejimi İsrailə qarşı radikal mövqe nümayiş etdirir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq Əli Hacızadə son günlər İranla İsrail arasında alovlanan gərginlik haqqında şərh edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan - İran qardaşlığının sirləri - Daşnaklar farslara istinadən tarixi necə saxtalaşdırır? - VİDEO


Onun sözlərinə görə, bu gərginliklər bir neçə səbəbdən yaranıb. Politoloqun fikirncə ABŞ-ın yeni administrasiyasının əsas planı İranla Nüvə proqramını inkişaf etdirməkdir. 
 

“Xatırlayırsınızsa, Bayden Barak Obama hakimiyyəti dövründə vitse-prezident idi və o, prezidentin xarici siyasi konsepsiyasının banilərindən biri idi.


Obamanın Yaxın Şərqə dair xarici siyasəti bir çox siyasi şərhçilər, politoloqlar tərəfindən uğursuz bir konsepsiya kimi qəbul olunur. Bu konsepsiyanın əsas prinsipi İranla münasibətləri normallaşdırmaq və bu çərçivədə də İranla Nüvə Proqram məsələsini həll etmək idi.

Bununlada Obama hakimiyyətinin ikinci dövründə İranla Nüvə sazişini imzaladı. Ümumiyətlə, demokratlar İranla münasibətlərin normallaşmasına və ölkəyə tətbiq olunan sanksiyaların götürülməsinin tərəfdarıdırlar.
 

ABŞ Fars körfəzi dövlətləri arasında əsas müttəfiqi Səudiyyə Ərəbistanını deyil, İranın olmasını istəyir. Onlar bu istiqamətdə lazımı addımlar atırlar. Onu da qeyd edib ki, bu istiqamətdə Vaşinqtondakı İran lobbisi də aktiv fəaliyyətdədirlər”.


Obamanın hakimiyyətinin ikinci dönəmində ABŞ-la İsrail arasında vəziyyətin çox gərgin olduğunu bildirən Ə.Hacızadə  hətta bu dönəmdə İsrailin Baş Naziri Benyamin Netanyahu rəsmi dəvət olmadan ABŞ-a səfər etdiyini də vurğulayıb.  

“Onun çıxışının əsas mövzusu İranın nüvə silahının Yaxın Şərq və  İsrail üçün böyük təhdid olması olub. Ancaq Tramp hakimiyyətə gələn kimi Suriya ilə İsrail arasında olan Holand yüksəkliyini ikincinin ərazisi kimi tanıdı, ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürdü.
 

Bununla iki ölkə arasında münasibətlər yaxşılaşdı. Lakin Baydenin Ağ evə qayıtması İsraillə aralarında olan ədavəti alovlandırdı.


Hazırda Bayden İrana qarşı etdiyi hərəkətlərini qaldığı yerdən davam etdirməklə məşğuldur. Bu isə qəti olaraq, İsraili qane etmir və İran da İsrailə qarşı olan planlarından əl çəkmir və əl çəkmək niyyətində də deyil”. 

Politoloq  bir çox siyasi şərhçilərin fikrincə, İsrail Ərəb ölkələri ilə birləşərək gizli və aşkar ittifaq yaradaraq İrana qarşı hərbi əməliyyat keçirməyi planlaşdırdığını qeyd edib.

O, bu məsələdə ən çox Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinin adlarının çəkildiyini də deyib:

Suriyada vətəndaş müharibəsi başladığı andan İranın qurduğu və dəstəklədiyi Hizbullah terror təşkilatı və yenə də onların nəzarəti altında olan şiə silahlı qruplaşmaları da Bəşər Əsədin silahlı qüvvələri tərəfində vuruşurlar. İsrail isə dəfələrlə istər Əsədin, istərsə Hizbullah və şiə qruplaşmalarının mövqelərini hərbi zərbələr endirib.
 

Bu zərbələr əsasən onların silah anbarlarına, komanda mərkəzlərinə və qruplaşmaların əsas simalarını aradan götürmək üçün endirilir”. 


Sonda politoloq İsrailin İranın bir sıra nüvə obyektlərinə və nüvə proqramının infrakstrukturuna aid olan obyektlərə zərbələr endirməyi haqqında səslənən iddialardan da söz açıb.

O bilidirib ki, artıq 5-7 ildir ki bu cür iddia və ehtimallar haqqında söz-söhbətlər səngimək bilmir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO