Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətindən çəkinməyə ÇAĞIRDI

Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətindən çəkinməyə ÇAĞIRDI

Hazırda oxunan: Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətindən çəkinməyə ÇAĞIRDI

150293

Qərbi Azərbaycan İcması Fransanın bir sıra şəhər və regionlarından toplanmış “yardım”dan ibarət yük maşınının Ermənistanın Azərbaycanla razılaşdırmadan “humanitar yük” adı altında Qarabağa göndərmək istədiyi avtomobil karvanına qoşulmasını pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbi Azərbaycan İcması: "Bir qrup caninin İrəvanda keçirdiyi aksiya təxribatdır"


“İslamofobiyanın və Azərbaycanofobiyanın tüğyan etdiyi və son vaxtlar Afrika qitəsində bir-birinin ardınca sarsıdıcı məğlubiyyətlərə uğrayan Fransa Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, onu geosiyasi rəqabət məkanına çevirmək istəyir.

Qərbi Azərbaycan İcması Fransa şəhərlərini və regionlarını bu kimi ucuz və gülünc əməllərdən, beynəlxalq hüquqa həqarət olan ikili standartlar siyasətindən çəkinməyə çağırır”, - bəyanatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO