“Okamponun hesabatında əsassız ittihamlar var” - Hikmət Hacıyev

“Okamponun hesabatında əsassız ittihamlar var” - Hikmət Hacıyev

Hazırda oxunan: “Okamponun hesabatında əsassız ittihamlar var” - Hikmət Hacıyev

150271

“Vəkil Luis Moreno Okamponun hesabatında əsassız iddialar var”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Associated Press" agentliyinə müsahibəsində deyib.

“Bu hesabat qərəzlidir, real vəziyyəti təhrif edir və özündə ciddi faktiki, hüquqi səhvləri ehtiva edir”, - o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan əleyhinə qərəzli hesabat hazırlayan, əvvəllər Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışmış L.M.Okampo dünyanın bədnam ad qazanmış ofşorunda bir neçə şirkəti idarə edib. Bundan başqa, Ermənistanın eks-prezidenti, Xocalı soyqırımını törədən hərbi cinayətkar Serj Sarqsyan İrəvanda onu qəbul edib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin təsisçi prokuroru Luis Okampo iyulun 31-də qondarma rejimin başçısı Arayik Arutyunyanın xahişi ilə Qarabağdakı durumla bağlı hesabat hazırlayacağını elan etmişdi. Sözgedən hesabatda guya Qarabağdakı ermənilərin aclıqla üzləşdiyi ilə bağlı əsassız fikirlərə yer verilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO