“Rusiyanın Türkiyə əlaqələrinin qurulması asan iş deyil. Amma bu istiqamətdə qarşılıqlı proses gedir və nəticələr var. Münasibətlərin qurulmasında əsas maneə Türkiyənin NATO üzü olmasıdır. Buna baxmayaraq Moskva bunu unikal təcrübə kimi qiymətləndirir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın “Tengrinews” agentliyinə intervüsündə bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənilər xristianlığı daşnak ideologiyasına alət edir” – Deputatdan sensasion ŞƏRH
Şoyqunun sözlərinə görə Ankara ilə Moskva mümkün görünməyən məsələlərdə də anlaşa bilir:
“Rusiya Türkiyə ilə birgə Suriyanın şimalında patrul xidmətləri həyata keçirir. İki ölkə terrorizmlə birgə mübarizə aparır”.
Rusiya müdafiə naziri (Dağlıq) Qarabağdakı situasiyanın nizamlanmasında Türkiyə ilə qarşılıqlı fəaliyyətdən də bəhs edib.
“Bu, çox da sadə olmayan əməliyyatdır. Qarabağdakı fəaliyyəti sırf belə adlandırmaq istərdim. Çünki Qarabağ əməliyyatı ilə bağlı çoxsaylı arqument, element və motivlər mövcuddur.
Razılaşın ki, iki yaxın qonşumuz, bizim üçün qardaş xalqlar düşmənçilik edəndə işlər asan olmur. Amma bundan sonra da sülh və dostluq çərçivəsində yaşayacağıq.
Ankaranın da prosesə qoşulması, türk həmkarlarla birgə çalışmağı şərtləndirdi. Bu gün görülən işlərin dəyərləndirməsini aparsaq, deyə bilərik ki, Qarabağda daha insanlar bir-birini öldürmür.
Hazırda onların (azərbaycanlı və ermənilər) bir-biri ilə təmasda olmaqlarının zamanı çatıb. Ermənistan və Azərbaycan üçün ikitərəfli əlaqələrin qurulmasına keçmək vaxtıdır”.
Sergey Şoyqu Azərbaycan və Ermənistan əlaqələrinin yoluna düşməsində Rusiya-Türkiyə münasibətlərini önəmli amil sayıb. Əlavə edib ki, regionda öz təklifləri ilə yeni oyunçular və köhnə qonşular da peyda olmaqdadır.
“İranı nəzərdə tuturam. Onlar da infrastrukturun qurulması, dəmiryolu, digər nəqliyyat və su elektrik stansiyaları sahələrinin inkişafında maraqlıdırlar”, - deyə Rusiya müdafiə nazirini fikrini bitirib.
Bizim.Media