AQTA və

AQTA və "Rosselxoznadzor" rəhbərləri arasında görüş olub

Hazırda oxunan: AQTA və "Rosselxoznadzor" rəhbərləri arasında görüş olub

150192

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş olub. 

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı iki qurum arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq və Rusiya Federasiyasından ölkəmizə ixrac olunan yüksək riskli qida məhsullarını istehsal edən müəssisələrin qeydiyyatı və təsdiqi məsələləri müzakirə olunub.  

Rusiya Federasiyası istehsalçılarının qeydiyyata alınması prosesinin beynəlxalq standartlara uyğun aparıldığı vurğulanıb və prosesin gedişindən məmnunluq ifadə edilib.

Həmçinin Agentlik tərəfindən Rusiya Federasiyasından idxal olunan “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq filesi məhsulunda aşkarlanan uyğunsuzluqla bağlı qoyulan müvəqqəti qadağanın aradan qaldırıldığı vurğulanıb.

Eyni zamanda “RESURS-YUQ” MMC-nin istehsalı olan toyuq məhsulunda aşkarlanan uyğunsuzluqla bağlı qoyulan müvəqqəti qadağanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görüldüyü önə çəkilib. 

AQTA sədri "Rosselxoznadzor"un rəhbəri tərəfindən bu ilin oktyabr ayında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində iki ölkənin müvafiq qurumları arasında bitki və heyvan sağlamlığı ilə bağlı keçirilməsi planlaşdırılan tədbirə dəvət olunub. 
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO