“Paşinyana hücum olmasa, yaxın həftələrdə sülh müqaviləsi imzalanacaq” – EKSKLÜZİV 

“Paşinyana hücum olmasa, yaxın həftələrdə sülh müqaviləsi imzalanacaq” – EKSKLÜZİV 

Hazırda oxunan: “Paşinyana hücum olmasa, yaxın həftələrdə sülh müqaviləsi imzalanacaq” – EKSKLÜZİV 

150080

“Laçın dəhlizi boyunca mövcud vəziyyət məni çox narahat etmir. Ermənistanın nə etdiyi göz qabağındadır. O, Qarabağın hüquqi statusu məsələsini yenidən gündəmə gətirməyə çalışır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Atlantik Şurasının eksperti Metyu Brayza deyib.

Ermənistanın guya humanitar yüklərin Xankəndiyə çatdırılması üçün qurduğu şouya münasibət bildirən keçmiş səfir bu addımı düzgün hesab etmir: 

“Çünki Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı qərarı ölkənin daxili işidir. Baxmayaraq ki, baş nazir Paşinyan özü artıq Azərbaycanın, o cümlədən Qarabağın Azərbaycan tərkibində ərazi bütövlüyünü tanıyıb. Hələ də Ermənistan siyasi sistemində və hökumətində Ermənistanın müharibəni uduzduğunu və indi Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çarənin olmadığını qəbul etmək istəməyənlər var. Və buna görə də humanitar yük adı ilə tırların göndərilməsi kimi təxribatçı addımları atırlar.

Onlar malı Laçın yolu ilə Xankəndiyə çatdırmağa çalışırlar. Azərbaycan isə öz siyasi hüquqlarını həyata keçirməyə davam edərək humanitar yüklərin Ağdam yolu ilə daşınmasına şərait yaradır”. 

Hazırda bölgədə gərginliyin olduğuna diqqət çəkən sabiq səfir ciddi hərbi əməliyyatların baş tutmacağını da vurğulayıb:

“Yəni siyasi və hüquqi qarşıdurma var. Bu yenə də Qarabağın statusu məsələsini gündəmə gətirməklə bağlıdır. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bunu həll edilmiş məsələ hesab edir. Bir çox ermənilər isə hələ də bu faktı qəbul etmək istəmirlər. 

Düşünürəm ki, vasitəçilik prosesin irəliləməsinə çox kömək edir. Və mən hiss edirəm ki, nə qədər ki, Paşinyan fiziki hücuma məruz qalmayıb və vəzifədən kənarlaşdırılmayıb, biz yaxın həftələrdə, bəlkə də aylarda bir razılaşmanı, sülh sazişini görəcəyik. 

Lakin düşünmürəm ki, gedən proseslər hərbi əməliyyatlarla bitəcək. Ermənistanın Azərbaycanla ciddi şəkildə mübarizə apara biləcək hərbi gücü yoxdur. Və bölgədəki digər aktorların heç biri, nə Rusiya, nə Türkiyə, nə ABŞ, nə Avropa Birliyi, nə də İran Ermənistanla Azərbaycan arasında növbəti müharibəni görmək istəməz. Bunun baş verəcəyini düşünmürəm”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO