Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili Azərbaycan xalqına və ölkəmizin başçısı İlham Əliyevə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə rəsmi “Facebook” hesabında paylaşım edib.
“2008-ci il hadisələrində Azərbaycanın rolu kifayət qədər qiymətləndirilmir. Qardaş qonşu dövlət bizi yanacaq infrastrukturu və ölkəmizi xilas etmək üçün mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi. Hərbi sahədə dəstəyindən isə yəqin ki, Azərbaycan özü danışmalıdır, amma bu çox vacib idi”, - deyə Saakaşvili qeyd edib.
O, mühüm dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.
Xatırladaq ki, 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsi nəticəsində Abxaziya və Cənubi Osetiya işğal olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:52 / 08.08.2023
Saakaşvili Azərbaycan xalqına və İlham Əliyevə TƏŞƏKKÜR ETDİ - FOTO
Hazırda oxunan: Saakaşvili Azərbaycan xalqına və İlham Əliyevə TƏŞƏKKÜR ETDİ - FOTO
Hazırda oxunan: Saakaşvili Azərbaycan xalqına və İlham Əliyevə TƏŞƏKKÜR ETDİ - FOTO
150055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.