"Əsl Babək Sizsiniz" - Rasim Balayevin Prezidentlə səmimi söhbəti

Hazırda oxunan: "Əsl Babək Sizsiniz" - Rasim Balayevin Prezidentlə səmimi söhbəti

149972

"Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq". 

Bizim.Media xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə görüşü zamanı deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Rasim Balayevə “İstiqlal” ordenini TƏQDİM ETDİ - FOTO


"Bu mükafat Azərbaycan sənətinə, sənətkarlara verilən qiymətdir. Biz başda Siz – Ali Baş Komandan olmaq şərti ilə qəhrəmanlarımızı, qazilərimizi mütləq kino xətti ilə vəsf etməyə borcluyuq.

Bu, bizim borcumuzdur, biz gərək bunu edək. Mən Sizin bütün bu fəaliyyətinizi bir vətəndaş kimi dərindən izləyirəm və Sizə çox böyük inamımız var. Ad gününüzü rayonlarda, Qarabağda camaatla birlikdə qeyd edirsiniz", - deyə R.Balayev bildirib. 
 

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO