Böyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt-sterlinq ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld tvitterdə paylaşım edib.
"Bu vəsait Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı İnkişaf Proqramı çərçivəsində minatəmizləmə sahəsində Azərbaycanın potensialının artırılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib”, - deyə səfir bildirib.
?? hökuməti ??-da minalarla mübarizəni dəstəkləmək üçün əlavə £500,000 ayırıb.
— FergusAuldFCDO (@FergusAuldFCDO) August 8, 2023
Bu vəsait @ANAMA_gov_az və @UNDPAzerbaijan ilə tərəfdaşlığımız çərçivəsində mina təmizləmə sahəsində ??–ın potensialının yaradılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. pic.twitter.com/5iaNcXSngV
Bizim.Media