BQXK əməkdaşları Vaqif Xaçaturyana baş çəkib

BQXK əməkdaşları Vaqif Xaçaturyana baş çəkib

Hazırda oxunan: BQXK əməkdaşları Vaqif Xaçaturyana baş çəkib

149868

5 avqust tarixində BQXK nümayəndələri iyulun 29-da saxlanılan şəxsə bir daha baş çəkiblər. 

Bizim.Media xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, saxlanılan şəxslə təkbətək görüş keçirilib və o, Qızıl Xaç Məktubu vasitəsilə ailəsi ilə əlaqə saxlamaq imkanından istifadə edib. 

“Mandatına uyğun olaraq BQXK, başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO