Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı Həkəri çayı üzərində qurulan "Laçın" sərhəd-buraxılış məntəqəsinədək etnik ermənilərin avtomobil yürüşünü müşayiət etməkdən boyun qaçırıb.
Bizim.Media xəbər verir ki, bu fikirlər sülhməramlı kontingentin komandir müavini polkovnik İ.Sazonovun Qarabağdakı qondarma "İnqilab" partiyasının sədri Artur Osipyana yazdığı məktubda yer alıb.
Məktubda deyilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarına əsasən, Rusiya sülhməramlı kontingenti avtomobillərin kortejlərdə müşayiət olunmasını, eləcə də müxtəlif əməliyyatların və toplanışların təhlükəsizliyini təmin etməyi planlaşdırmır.
Xankəndidəki separatçı Artur Osipyan isə rus polkovnikinin məktubunu Facebook səhifəsində belə şərh edib:
"Sülhməramlıların dinc mitinqi müşayiət etməkdən boyun qaçırması o deməkdir ki, sülhməramlılar öz öhdəliklərini yerinə yetirməkdən imtina edir, 10 noyabr bəyanatını pozur və faktiki olaraq Qarabağı mühasirəyə alır".
Onun fikrincə, beynəlxalq sülhməramlıların cəlb edilməsi məsələsi daha da aktuallaşır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:08 / 07.08.2023
Sülhməramlılar separatçıların "Laçın" məntəqəsinə yürüşünü müşayiət etməkdən BOYUN QAÇIRDI
Hazırda oxunan: Sülhməramlılar separatçıların "Laçın" məntəqəsinə yürüşünü müşayiət etməkdən BOYUN QAÇIRDI
Hazırda oxunan: Sülhməramlılar separatçıların "Laçın" məntəqəsinə yürüşünü müşayiət etməkdən BOYUN QAÇIRDI
149835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.