Xəbər verdiyimiz kimi Ordubada yeni icra başçısı təyin edilib. Belə ki,
Prezident İlham Əliyevin sərəncamı ilə Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bizim.Media Ordubada yeni təyinat alan icra başçısının dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Ordubada yeni icra başçısı təyin edilib
Rəcəb Zakir oğlu Rəhimli siyasi elmlər üzrə fəlsəfə doktorudur. Bu təyinatdan əvvəl o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiridir.
Rəcəb Rəhimli bakalavr təhsilini Türkiyənin Qazi Universitetinin İqtisadiyyat və idarəetmə elmləri fakültəsində alıb. O, bakalavr üzrə “Dövlət idarəçiliyi” ixtisasını bitirib.
R.Rəhimli magistratura təhsilini də eyni universitetdə həmin ixtisas üzrə bitirib.
O, Ankara Universitetinin Siyasət elmləri fakültəsində siyasət elmi və dövlət idarəçiliyi ixtisası üzrə doktorantura təhsili də alıb.
Bizim.Media