“Ermənilər BQXK adından BƏYANAT VERİRLƏR” – Tofiq Zülfüqarov 

“Ermənilər BQXK adından BƏYANAT VERİRLƏR” – Tofiq Zülfüqarov 

Hazırda oxunan: “Ermənilər BQXK adından BƏYANAT VERİRLƏR” – Tofiq Zülfüqarov 

149460

“Əslində BQXK adından bəyanat verən ermənilərdir. Burda müyyən texniki məsələlər var. Çünki, BQXK siyasətə qarışmır. Amma ermənilər bir çox hallarda BQXK adından dezinformasiya yayırlar. Artıq Azərbaycan tərəfindən konkret işlər başlayıb. Əminəm ki, yaxın zamanlarda BQXK-nin Bakı ofisi tam gücü ilə fəaliyyət göstərəcək”.

Bunu BQXK Qarabağdakı fəaliyyəti barədə Bizim.Media-ya danışan sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, BQXK-nin fəaliyyət istiqamətləri bəllidir:

“BQXK bir təşkilat olaraq ayrı-ayrı ölkələrlə rəsmi sənədlər imzalayır və orda öz fəaliyyətini qurur. Lakin bu humanitar təşkilatla bağlı indiki mərhələdəki problem onunla bağlıdır ki, uzun müddət işğal olunmuş ərazilərdə Azərbaycanın nəzarəti yox idi. Və həmin ərazilərdə humanitar fəaliyyət həyata keçirmək üçün BQXK fəaliyyətlərini İrəvandan kordinasiya edirdi.

Lakin indi vəziyyət 180 dərəcə dəyişib. Ona görə də qurumun fəaliyyəti Bakı ofisindən təşkil edilməlidir.

Təsadüfi deyil ki, Azərbaycan da BQXK-dən bunu təkidlə tələb edir. Bu məsələdə son söz Azərbaycanındır. Çünki, istənilən təşkilat fəaliyyət göstərdiyi ölkənin qanunları çərçivəsində və həmin dövlətin müvafiq qurumları ilə birgə fəaliyyət göstərməlidir. Əminəm ki, bu məsələ çox qısa bir müddətdə həll olunacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO