“Ərazi bütövlüyü prinsipləri çərçivəsində BQXK-nin Xankəndindəki ofisi ən azı Bakı ofisinə tabe edilməlidir. Və müəyyən kommunikasiyalar bizim ərazimizdəki marşrutlar vasitəsilə həyata keçirilməlidir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Separatçılar Qarabağda yenə silah daşıyır – VİDEO
O, qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi nümayəndəliyinin İrəvan ofisinə tabe olması uzun müddət davam edə bilməz:
“Təəssüf ki, bu sahədə anormal vəziyyət var. Belə ki, Qarabağdakı ermənilər müalicə almaq üçün Ermənistana gedirlər. Bu mənada Ermənistanla olan bu kommunikasiya anlaşılandır. Bu belə davam edə bilməz. Tabeçilik tam olaraq Azərbaycan tərəfində olmalıdır. Və Azərbaycanın iştirakı ilə bu kommunikasiya həyata keçirilməlidir”.
Surxay Atakişiyev, Bizim.Media