Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi TƏSDİQLƏDİ  

Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi TƏSDİQLƏDİ  

Hazırda oxunan: Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi TƏSDİQLƏDİ  

149403

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, sənəd “Resmi Gazete”də dərc olunub. 

Sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Saziş 12 maddədən ibarətdir. 

Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb. 
Saziş mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO