“Daşnak ideologiyası erməni xalqının faciəsidir” – Politoloq şərh edir

“Daşnak ideologiyası erməni xalqının faciəsidir” – Politoloq şərh edir

Hazırda oxunan: “Daşnak ideologiyası erməni xalqının faciəsidir” – Politoloq şərh edir

14938

“Azərbaycan tarix boyu digər xalqlara münasibətdə tolerant olub və onların dini, mədəniyyətinə hörmətlə yanaşıb. Bu səbəbdən hazırda da Azərbaycan çoxmillətli bir ölkədir. Amma Ermənistan siyasi hərəkatları, onların partiyaları formalaşan andan ermənilərin ideologiyasının mərkəzində qonşu xaqlara nifrət dayanıb.

Qonşu xalqların kütləvi şəkildə qırılması, başqa millətlərin yaşadığı yerdən deportasiya olunub həmin yaşayış məntəqələrinin ələ keçirilməsi erməni siyasətinin əsas xəttidir”.

Bu sözləri Bizim.Media ilə intervü zamanı politoloq Ramiz Sevdimalıyev açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

ASALA-nı yaradan Ana Partiya “Daşnaksütyun” - TARİX


Politoloq erməni siyasi partiyaları formalaşndan sonra Osmanlı ərazisindəki qırğınları da təsadüfi adlandırmadı. 

“XX əsrin əvvələrində Cənubi Qafqazda, əsasən də Azərbaycanın yaşayış məntəqələrinə onların hücumları yaşandı. Onlar azərbaycanlıları qətliama məruz qoyur, yaşayış məntəqələrini yandırırdılar. Təsəvvür edin, hələ 1918-ci ildə təkcə İrəvan Quberniyasında ermənilər azərbaycanlılara məxsus 200-dən artıq kəndi məhv etmişdilər. 

90-cı illərdə də biz gördük ki, ermənilər mülki əhaliyə qarşı qeyri-insani hərəkətlər sərgiləyir. Onlar dinc sakinlərə qarşı yenə cinayətlər törətdilər.


Bu vəhşiliklərin davamı olaraq Qaradağlı kəndində, Xocalıda (Ağdaban, Bağanis Ayrım, Başlıbel) mülki əhaliyə qarşı qaniçənlik etdilər. Dinc sakinlərdə xof yaratmaq və onları öz yaşadıqları yerləri tərk etməyə məcbur etmək daşnak siyasətinin mərkəzində durub. 

Heç bir humanitar hüquq normaları, heç bir humanizm hissiyatı ermənilərin qarşısını kəsmir. Bunların siyasətində humanizmdən ümumiyyətlə əsər-əlamət yoxdur”.

Politoloq bildirdi ki, erməni siyasətçilərinin ideoloji qaynağı onların kilsəsidir. Ramiz Sevdimalıyevin fikrincə, Ermənistanda qonşu xalqlara nifrət əsasında formalaşan ideologiyanın təbliğatçısı da elə erməni din xadimləridir. 

“Ermənilərdə faşizm siyasəti hökm sürür. Çexakronizm (millətini hər şeydən müqəddəs bilən ermənilər) ideologiyasını Njde formalaşdırıb. Qaregin Njdenin kitablarında çexakronizm (dünyadakı bütün erməniləri bir dövlət ətrafında birləşdirmək) təbliğ olunur və onlar erməniliyi Allahlaşdırır. Ermənilərin bütləşdirilməsi digər xalqalara nifrət əsasında aparılır. Bu ideologiya ilə onlar bu gün də öz mövcudluğunu təmin edirlər. 

II Qarabağ müharibəsi dövründə də ermənilər yenə mülki əhaliyə qarşı hücumlar etdi. Ermənilər cəbhədən kənarda olan Azərbaycan şəhərlərini – Gəncə, Bərdə, Tərtəri atəşə tutdular.

Maraqlısı budur ki, erməni siyasətçiləri də etiraf etdi ki, bizim məqsədimiz mülki əhalini vurub onlarda qorxu yaratmaq, sabitliyi pozmaq idi. 
 

Hazırda erməni siyasətçiləri yenə müharibə ritorikası və revanşist fikrilərlə çıxışlar edirlər. Orduları yoxdur, amma yeni savaşdan bəhs edirlər”.


Daşnak ideologiyasının bəşəriyyət üçün çox qorxulu faktor olduğunu deyən politoloq bildirib ki, bu ideologiya erməni xalqının faciəsinə çevrilib.

Azərbaycanın nə qədər humanist davranmasına baxmayaraq, əsirlər boyu dünya erməniliyi öz xislətindən bir addım geri çəkilməyib.  

Daşnakların hətta ermənilərə qarşı qəddarlığından bəhs edən Ramiz Sevdimalıyev vurğulayıb ki, “bizim düşmənimiz quzu dərisinə girmiş quduz bir itdir, köpəkdir”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO