Nazir ABŞ rəsmisini Laçın sərhəd məntəqəsi ilə bağlı MƏLUMATLANDIRDI 

Nazir ABŞ rəsmisini Laçın sərhəd məntəqəsi ilə bağlı MƏLUMATLANDIRDI 

Hazırda oxunan: Nazir ABŞ rəsmisini Laçın sərhəd məntəqəsi ilə bağlı MƏLUMATLANDIRDI 

149337

"Laçın sərhəd-buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu iddiaları əsassızdır". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ETDİ - FOTO 


Onun sözlərinə görə, Ermənistanın öz öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmaması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsi, kommunikasiyaların açılmasına maneçilik törətməsi bölgədə sülh və sabitliyə xidmət etmir. 

Bununla yanaşı, görüşdə guya Azərbaycanın erməni sakinləri blokadada saxladığı, Laçın sərhəd buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu barədə iddiaların əsassız olduğu vurğulanaraq Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb. Həmçinin Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO