Rusiya da Yevlax görüşünə DƏSTƏK VERDİ – Qərb niyə SUSUR? 

Rusiya da Yevlax görüşünə DƏSTƏK VERDİ – Qərb niyə SUSUR? 

Hazırda oxunan: Rusiya da Yevlax görüşünə DƏSTƏK VERDİ – Qərb niyə SUSUR? 

149283

Xəbər verdiyimiz kimi yaxın günlərdə Qarabağın erməni icması ilə Azərbaycan nümayəndələrinin Yevlax şəhərində görüşü olacaq. Bu xəbər tirajlanandan az sonra Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova rəsmi Moskvanın bu məsələyə mövqeyini açıqladı:

“Rusiya Bakı ilə Azərbaycanın Qarabağ bölgəsindəki erməni icmasının nümayəndələri arasında danışıqların başlanmasını dəstəkləyir. Bu mövzu maraqlı tərəflərlə görüşlərimizin gündəliyindədir. Rusiya sülhməramlıları əvvəllər iki nümayəndə heyəti arasında görüşlərin təşkilinə yardım edib.
Bundan sonra da lazımi yardımı göstərməyə hazırıq. Rusiya heç bir ilkin şərt irəli sürmür, tərəflərin məsələyə yanaşmalarını yaxınlaşdırmaq üçün əzmlə çalışır”.

Lakin, bu vacib məsələyə hələlik Qərbdən elə bir ciddi reaksiya olmayıb. Qərbin susqunluğu isə ciddi şübhələr doğurur. Çünki, bu cür təmasların olması Qərbin maraqlarına uyğun deyil.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Tofiq Abbasov bildirdi ki, Qarabağdakı 25 minlik erməni icması Azərbaycan tərəfi ilə təmasa girmək məcburiyyətindədir:
 

MÖVZU İLƏ BAĞLI:

Yevlaxda Qarabağ erməniləri ilə GÖRÜŞ OLACAQ


“Baxmayaraq ki, bu vaxtadək baş verən bütün pisliklərdə bu icmanın bilavasitə iştirakı olub. Ona görə də onlar Azərbaycanin açdığı reinteqrasiya qapısına həssaslıqla yanaşmalıdırlar.

Nəzərə alaq ki, əvvəllər  erməni icması ilə görüş olub. Bundan başqa müxtəlif vəziyyətlərdə müəyyən təmaslar olub. Lakin, bu təmaslar bəzi qüvvələrin ürəyincə deyildi. Ona görə də sonradan təmaslar dayandı. 

Bu məsələdə rusların da, Qərbin də əli oldu. Rusiya tədricən öz səhvini anlayır. Çünki, Azərbaycan dəfələrlə öz narazılığını bildirib. Hətta Soçi görüşündə Prezident İlham Əliyev prezident Putinə bu məsələ ilə bağlı öz narazılığını çatdırmışdı. Erməni icması ilə təmasların başladığı vaxt Ruben Vardanyan Xankəndinə ezam edildi. Bu səbəbdən də təmaslar sonlandı”. 

Politoloq qeyd etdi ki, Rusiya mövqeyini artıq ifadə edib:

“Qərb isə susur. Nəzərə alaq ki, Qərbin reinteqrasiya məsələsinə münasibəti  o qədər də isti olmayıb. Götürək elə Fransanın mövqeyini. Əslində bu gün Fransa Avropanın adından daha çox çıxış edir. Təbii ki, Fransa bu məsələyə qısqanclıqla yanaşır.
Və çalışır ki, bütün təmaslar pozulsun. Bölgədə qarşıdurma meyilləri güclənsin. Amma bu görüşün baş tutması erməni icması üçün daha vacibdir. Ermənilər Azərbaycanla təmasları nə qədər intensivləşdirsə, o qədər də qazanclı çıxacaqlar”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO