Qərbi Azərbaycan İcmasından Ermənistan hökumətinə ÇAĞIRIŞ 

Qərbi Azərbaycan İcmasından Ermənistan hökumətinə ÇAĞIRIŞ 

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Ermənistan hökumətinə ÇAĞIRIŞ 

149128

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Euronews” televiziya kanalında avqustun 1-də yayımlanmış müsahibəsində Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üzrə aparılan diplomatik proses çərçivəsində, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququnun təmin olunmasına dəstək ifadə etməsini alqışlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə İcmanın açıqlamasında bildirilib. 

Qeyd olunub ki, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması insan hüquqlarının aliliyinin bərqərar edilməsi ilə bərabər, Azərbaycan və Ermənistan arasında davamlı sülhün şərtidir. 

“Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi prinsipial və ardıcıl siyasətinə və bu məsələni beynəlxalq aləmin gündəliyinə gətirməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərindən təşəkkür edir. 
Azərbaycan hökumətinin insan hüquqlarının aliliyinə əsaslanan bu siyasəti bizi qayıdış hüququmuzun təmin edilməsinə xidmət edən haqq işimizi daha əzmlə həyata keçirmək üçün əlavə səylər göstərməyə ruhlandırır. 

İcma bir daha Ermənistan hökumətini insan haqlarına və beynəlxalq hüquqa hörmət etməyə, qovulmuş azərbaycanlıların qayıdış hüququnun reallaşmasını təmin etməyə və bu məqsədlə İcma ilə dialoqa başlamağa çağırır”, - deyə açıqlamada bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO