İlham Əliyev: \

İlham Əliyev: \"Qarabağ erməniləri seçim etməlidir\"

Hazırda oxunan: İlham Əliyev: \"Qarabağ erməniləri seçim etməlidir\"

149048

“Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev "Euronews" telekanalına MÜSAHİBƏ VERİB - VİDEO


Ölkəmizin başçısı “İlham Əliyevin missiyası nədədir – müharibədə qalib gəlməkdə, yoxsa Ermənistanla sülhün yaradılmasında?” sualına cavabında deyib:

“Biz müharibədə qalib gəldik, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”. 

İlham Əliyev qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar:

“Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO