Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidanın arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tvitterdə paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü başladı - FOTO
Qeyd olunub ki, tərəflər Cənubi Qafqazdakı son proseslər barədə fikir mübadiləsi aparıblar.
C.Bayramov və H.Fidan həmçinin iqtisadi və enerji sahəsindəki əməkdaşlığı, TANAP layihəsini, yeni geosiyasi reallıqları müzakirə ediblər.
“Güclü Türkiyə güclü Azərbaycandır. Güclü Azərbaycan güclü Türkiyədir”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Ceyhun Bayramov Türkiyədə rəsmi səfərdədir.
Bizim.Media