Türkiyə beynəlxalq aləmi Azərbaycanla Ermənistan arasında danışıqlara mane olmamağa çağırır.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü başladı - FOTO
O, qeyd edib ki, Türkiyə normallaşma prosesini tam dəstəkləyir və işğaldan azad olunmuş ərazilərin bərpa prosesində aktiv iştirak edir.
Hakan Fidan əlavə edib ki, normallaşma prosesi bölgənin inkişafı və sabitlik üçün vacibdir.
Bizim.Media