ABŞ sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstək göstərir

ABŞ sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstək göstərir

Hazırda oxunan: ABŞ sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstək göstərir

148659

ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstək göstərir.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Blinken İlham Əliyevə zəng etdi


Antoni Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO