Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması yersizdir - RƏSMİ BAKI

Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması yersizdir - RƏSMİ BAKI

Hazırda oxunan: Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması yersizdir - RƏSMİ BAKI

148634

Ermənistan Xarici İşlər Nazirliyi 29 iyul tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Xaçatryan adlı şəxsin Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi ilə əlaqədar növbəti dəfə beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə siyasi manipulyasiyalar ilə məşğul olmaqdadır. Məsələ ilə bağlı, Ermənistan tərəfinin ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Vaqif Xaçatryanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində deyilir.

“Azərbaycan tərəfinin qeyd edilən şəxsi həbs edərkən beynəlxalq humanitar hüququ pozması barədə Ermənistan tərəfindən səsləndirilən iddiaya gəldikdə xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur.
Ümumiyyətlə, 30 ildə Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyrıqımı və kütləvi qırğınlar törədən Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması yersizdir, deyə bəyanatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO